PDF Oxu

Siyasət

  • 21

Azərbaycanın kənd təsərrüfatı naziri Almaniyaya səfərə gedəcəkdir

Azərbaycanın kənd təsərrüfatı naziri Almaniyaya səfərə gedəcəkdir

Kənd təsərrüfatı naziri Heydər Əsədov Berlin şəhərində keçiriləcək ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq "Yaşıl Həftə" sərgisində, sərgi çərçivəsində Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda, habelə kənd təsərrüfatı nazirlərinin altıncı Berlin sammitində iştirak etmək məqsədi ilə yanvarın 15-dən 19-dək Almaniyada səfərdə olacaqdır.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Heydər Əsədov həmin tədbirlərə Almaniyanın qida, kənd təsərrüfatı və istehlakçıların müdafiəsi üzrə federal naziri Hans-Peter Fridrix tərəfindən dəvət olunmuşdur.

Həmçinin Almaniyanın kənd təsərrüfatı və aqrar-sənaye kompleksi sahəsində əldə etdiyi təcrübə ilə yaxından tanış olmaq məqsədi ilə qarşı tərəfin müxtəlif sahələrini təmsil edən nümayəndələri ilə müzakirələrin aparılması, eləcə də sərgidə iştirak edəcək kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

yap.org.az

Digər xəbərlər