PDF Oxu

Siyasət

  • 24

“Səs” qəzeti AXCP müavinlərindən heç bir açıqlama, yaxud müsahibə almayıb”

“Səs” qəzeti AXCP müavinlərindən heç bir açıqlama, yaxud müsahibə almayıb”

Son günlər ənənəvi müxalifət düşərgəsinin lider və funksionerləri, xüsusilə, AXCP rəhbərliyi iddia edir ki, onlar "Səs" qəzetinə müsahibə verməyiblər və adıçəkilən mətbu orqan onların adından sui-istifadə edib, "yalan" informasiya yayıb, "təxribat" və "provokasiya"ya yol verib. SİA-nın məlumatına görə, "Səs" qəzetinin informasiya şöbəsi AXCP-nin mətbuat xidmətinin yaydığı bəyanata cavab olaraq bildirib ki, Cəbhə təmsilçiləri öz açıqlamalarını informasiya agentliyi kimi müstəqil şəkildə fəaliyyət göstərən SİA-ya veriblər: "Media qurumu vaxtaşırı olaraq nəinki AXCP rəsmilərindən, Müsavat Partiyası funksionerlərindən, eləcə də digər müxalifət partiyaları, siyasi hərəkat rəsmilərindən açıqlamalar alır və yayır".

Eyni zamanda qeyd olunub ki, SİA-nın məlumatları digər agentliklər tərəfindən də götürülür, onlardan istifadə və istinad olunur ki, bu proses agentliklər arasında informasiya mübadiləsi kimi dəyərləndirilir: "Söz yox ki, informasiya məkanının ayrılmaz hissəsi olan çoxsaylı yazılı orqanlar – qəzetlər də məlumatları işıqlandırırlar: "Səs" qəzeti də ayrıca qəzet qurumu olduğu üçün AXCP funksionerlərindən alınmış açıqlamaları SİA-ya istinadən ictimailəşdirir. Yəni, burada hər hansı "təxribat", "provokasiya" barədə düşünmək sadəcə gülüncdür".

"Səs" qəzetinin informasiya şöbəsinin məlumatında o da qeyd olunub ki, əgər AXCP-nin mətbuat xidməti, "Azadlıq" qəzetinin informasiya şöbəsi bunu da bilmirsə və ya da qəbul etmək istəmirsə onda buyurub, SİA-ya müraciət etsinlər və AXCP yetkililərinin agentliyə verdikləri açıqlama sinxronlarını dinləsinlər.

sia.az

Digər xəbərlər