Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin bəzi müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il fevralın 6-na təyin edilmiş iclasında baxılacaqdır.
AzərTAc