"Ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinin tərəfdarıdır". Bu fikri politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, dövlətimiz bu mövqeyini beynəlxalq birliyə dəfələrlə çatdırıb. Amma Ermənistan tərəfi təbliğat maşınını işə salaraq hələ də yalan, iftira dolu məlumatlar yayır. Onun sözlərinə görə, işğalçı ölkə indinin özündə də öz ənənəsinə sadiqlik nümayiş etdirir.
"Azərbaycan neftdən gələn gəlirləri özünün qeyri-neft sektorunun inkişafına sərf edir. Hər il Azərbaycanda qeyri-neft sektorunun inkişafı 11 faizdən artıq olur. İşğalçı ölkə gərək bunları unutmasın. Azərbaycanda nəhəng sənaye quruculuğu prosesinə təkan verilir. Hətta Dağlıq Qarabağ ərazisində olan insanlar artıq orada yaşamaq istəmirlər. Çünki onlar çox gözəl dərk edirlər ki, günü-gündən güclənən Azərbaycan hər an hərbi yolla öz torpaqlarını geri qaytara bilər"- deyə, politoloq qeyd edib.
yap.org.az