AXCP-Müsavat partiyaları arasında davam edən münaqişə şiddətlənməkdədir. SİA-nın məlumatına görə, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov "Azadlıq" qəzeti vasitəsilə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu təhqir edən yazı ilə çıxış edib.
Yazısında baş redkatoru hakimiyyətə işləməkdə ittiham edən Cəbhə funksioneri qarşı tərəfi saxtakar, mənəviyyatsız və yalançı adlandırıb: "…Sizlər artıq ciddiyə alınacaq biri deyilsiniz. İstəsəm, yazdığınız və yazdırdığınız hər cümləni təkzib edərəm…Heç mən də səni ciddiyə almayacam. Sən artıq bitmisən…Özünlə baş-başa qal..."
sia.az