PDF Oxu

Siyasət

  • 28

Aydın Mirzəzadə: “Müxalifətin mübarizəsinin Azərbaycan siyasətinə heç bir aidiyyatı yoxdur”

Aydın Mirzəzadə: “Müxalifətin mübarizəsinin Azərbaycan siyasətinə heç bir aidiyyatı yoxdur”

"Radikal müxalifətin bu çaxnaşmaları hər zaman davam edəcək. Nə qədər ki, ənənəvi müxalifət Azərbaycan siyasətində radikal mövqe tutur, reallıqdan uzaq dayanır və Azərbaycanın milli maraqlarını xaricdən gələn qrantlara qurban verir düşünürəm ki, onların daxilində həmişə qarşıdurma, gərginlik və məğlubiyyət olacaq". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə "Yeni Müsavat" qəzetinin yazarı Xalid Kazımlının öz silsilə məqalələrində AXCP sədri Əli Kərimlinin siyasi fəaliyyətini təftiş etməsinə və onun "AXCP partiyadır, yoxsa dini sekta?" fikirlərinə münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, "Yeni Müsavat" qəzetində mütəmadi olaraq AXCP sədri Əli Kərimlinin fikirlərinə yer verilib və onun partiyasının mövqeyi açıqlanıb: "Bu gün AXCP-Müsavat Partiyaları arasında olan mübahisələr nəticədə hər iki partiyanın nəzarəti altında olan qəzetin digəri haqqında ifşaedici məlumatlar yaymasına səbəb olub. Yəni onlar bir-birini daxildən daha yaxşı tanıyırlar. Bu baxımdan hesab edirəm ki, onların verdiyi qiymət həqiqətə yaxındır"."Bu gün Azərbaycan vətəndaşı köhnə dövrün təfəkkürü ilə yaşayan siyasi qüvvələrdən olan liderlərin arxasınca getmək istəmir. Bu gün bu mübarizə sayları çox az olan sosial baza, gündəmdə qalmaq üçün siyasi şou düzəltmək uğrunda gedir və s. Yəni onların bir-biri ilə mübarizəsinin Azərbaycan siyasətinə heç bir aidiyyatı yoxdur. Təsadüfi deyil ki, heç bir yerdə işləməyən müxalifət liderlərinin bu gün güzəranı kifayət qədər yüksəkdir. Radikal müxalifət bütün seçkilərdə uduzur və cəmiyyətə hər hansı bir yaradıcı proqram təklif edə bilmir. Bu gün onların fəaliyyəti Azərbaycan vətəndaşının deyil, məhz həmin partiyada olan rəhbər qrupun mənafeyinə uyğun şəkildə aparılır. Heç təsadüfi deyil ki Müsavat Partiyası dörd ildir ki, öz nizamnaməsinə ziddi olaraq qurultayını keçirmir və hansısa yenilikdən söhbət edə bilmir" – deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər