"Radikal müxalifətdə gedən proseslər, aralarında olan münasibətlər və baş verən hadisələr insanda ikrah hissi doğurur". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, radikal müxalifət liderlərində bir balaca abır, həya hissi olsaydı, onlar siyasətdən çoxdan gedərdilər: "Bu insanlar özlərini ucuzlaşdırıblar. Onlar özlərini nəinki müxalifət liderliyinə iddialı adamlar kimi, tam mənası ilə qiymətdən və hörmətdən salıblar. Cəmiyyətin gözündə radikal müxalifət anlayışı demək olar ki, yoxdur. 20 il müxalifətdə oturmaq və bütün seçkiləri uduzmaq mümkünsuz bir işdir. Onlar artıq neçə nəsil müxalif düşüncəli insanların ümidlərini puç ediblər. Bir çox insanlar onların yanında boynu bükük vəziyyətdə qalıb. Həmin insanlar sonda öz səhvlərini dərk edib, onlardan uzaqlaşıblar". "Yeni Müsavat" qəzetində AXCP sədri Əli Kərimli ilə bağlı silsilə məqalələrlə bağlı yazılan yazılara gəlincə, M. Quliyev söyləyib ki, Əli Kərimlinin yanıda fəaliyyət göstənələr dəyişsə də, o öz mübarizə üsullarından əl çəkmir: "Əli Kərimli özünün tamam çürümüş, iflasa uğramış partiyasını yenidən bərpa etmək üçün indi də gənclərə müraciət edir. O, öz psixoloji portretini ortaya qoyaraq müxtəlif şirinləşdirici vədlər, xaricdən aldığı müəyyən qrantlar sayəsində gəncləri partiyasına cəlb etməyə çalışır. Bütün bunlar bir növ xalqa hörmətsizlikdir. Normal cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də müxalif düşüncəli insanlar var və onların olması da tamam normaldır. İqtidar bu cür insanların olmasını normal qarşılayır. Lakin onlar gələcəklərinin olmadığnı bilə-bilə gəncləri, müxalif düşüncəli insanların sabahlarını əlindən alırlar. Onlar siyasi əxlaqdan kənar siyasətlərini gənclərə öyrətməyə çalşırlar. Bu da təbii ki, bir cinayətdir".
sia.az