PDF Oxu

Siyasət

  • 20

Əhməd Oruc: “İslam Partiyası AXCP və Müsavata möhür duası yazsın”

Əhməd Oruc: “İslam Partiyası AXCP və Müsavata möhür duası yazsın”

"AXCP və Müsavat arasındakı qırılan, yanan körpülərin əvəzində daha müasirini tikmək mümkündür". Bu sözləri SİA-ya "Azadlıq" Partiyasının sədri Əhməd Oruc iki partiya arasında yaranmış kəskin qarşıdurmaya münasibətini açıqlayarkən bildirib.Zamanla onlar arasında konstruktiv körpülərin qurulacağını da deyən Əhməd Oruc bildirib ki, onların mühəndisləri bu mövzuda artıq püxtələşiblər."Azadlıq" sədri qeyd edib ki, sözügedən partiyalar arasında zaman-zaman bu cür sınmalar, qopmalar olub: "Bir-birlərini təhqir edirlər, sonra da görürsən ki, hansısa bir qurumda birgə fəaliyyət göstərirlər. Yaxşı olardı ki, İslam Partiyası onlara bir möhür duası yazsın".Əhməd Oruc onu da vurğulayıb ki, bu kimi hallar yalnız AXCP və Müsavat partiyaları arasında deyil, həmin təşkilatlara yaxınlıqları ilə seçilən partiya və fərdlər arasında da davam edir.

sia.az

Digər xəbərlər