"Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminik. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyi beynəlxalq müstəvidə getdikcə daha çox dəstəklənir". Bu fikirləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov deyib.
G.Fərhadov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Onun sözlərinə görə, çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır".
"Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirir. Münaqişə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də həllini tapmır. Belə bir şəraitdə Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa "Böyük Qayıdış" proqramını da hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunub"- deyə, G.Fərhadov qeyd edib.
yap.org.az