PDF Oxu

Siyasət

  • 13

Nizami Cəfərov: Ölkəmizdə mədəniyyət sahəsi yüksək inkişaf mərhələsi keçib

Nizami Cəfərov: Ölkəmizdə mədəniyyət sahəsi yüksək inkişaf mərhələsi keçib

"Prezident İlham Əliyevin 10 illik fəaliyyəti yalnız Azərbaycanda deyil, həmçinin bütün dünyada yüksək qiymətləndirilir. 10 il müddətində əldə olunan uğurlar Ümummilli Lideri Heydər Əliyev siyasətinin düzgün olduğunu bir daha müəyyənləşdirdi". Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Ulu öndərimiz tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf edirilməsi nəticəsində bu gün Azərbaycanın yalnız uğurlarından danışmaq olar. Onun sözlərinə görə, bu uğurların sırasında iqtisadi sahədə əldə olunan nailiyyətləri xüsusi qeyd etmək olar.

Prezident İlham Əliyevin 10 illik fəaliyyəti nəticəsində mədəniyyət sahəsində də əldə olunan uğurlardan danışan N.Cəfərov qeyd edib ki, bu illər ərzində ölkədə mədəniyyət sahəsi yüksək inkişaf mərhələsi keçib. "Ölkə mədəniyyəti dünyada tanınır, dünya mədəniyyəti Azərbaycana gəlir. Azərbaycan ən böyük tədbirlərə ev sahibliyi edir. Böyük dialoq və müzakirələr Azərbaycanda keçirilir. Bu, intellektin, mədəniyyətin inkişaf etdirilməsi deməkdir. Bütün bunlara görə, Prezident İlham Əliyevin 10 il müddətində göstərdiyi fəaliyyətləri ilə dünya tarixinə düşüb"-deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər