"Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi vacibdir". Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, bu, müxtəlif elmi-innovativ təşəbbüslərin əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, bütün bunlar azərbaycanlı alimlərin birinci qurultayının keçirilməsini daha da zəruri edir.
"Azərbaycan dövləti elmin innovativ inkişafına və beynəlxalq elmi cəmiyyətə inteqrasiyasına böyük qayğı göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə siyasəti AMEA qarşısında müəyyən vəzifələr qoyur. Akademiyanın qurultayla bağlı təşəbbüsü məhz həmin vəzifələrin icrası ilə əlaqədardır"- deyə, AMEA-nın prezidenti vurğulayıb.
yap.org.az