PDF Oxu

Siyasət

  • 25

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən çıxarışların hüquqi vəziyyətinə dair bəzi məsələlərin şərh edilməsi ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 2014-cü il fevralın 14-nə təyin edilmiş iclasında baxılacaqdır.

AzərTAc

Digər xəbərlər