"Nə zamana qədər ki, dünyanın güc dövlətlərinin region maraqları tamamlanmayıb Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu qeyri-müəyyən davranışları davam edəcək". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutması və bunun fonunda beynəlxalq birliyin problemin aradan qaldırılmasında susqunluğuna münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, Azərbaycanın istər müharibə, istərsə də sülh yolu ilə məsələni həll etməyə imkanı, iqtisadi qüdrəti ilə yanaşı, hərbi potensialı da günü-gündən artır: "Bundan başqa Qafqaz regionu dövlətləri hüquqi müstəvidə dünyanın güc dövlətlərinin qarşısında missiya kimi dayansa Dağlıq Qarabağ münaqişəsi həll edilə bilər. Çünki Ermənistan iqtisadiyyatı çökür, onların arxasında dayanan qüvvələr də gec-tez başa düşəcəklər ki, tarix bu cür ədalətsizliklərlə davam edə bilməz. İşğalçı dövlət cəzasını almalıdır".
sia.az