PDF Oxu

Siyasət

  • 32

ARDNŞ: "Qazın nəqlinin bərpa olunacağı tarix məlum deyil"

ARDNŞ: "Qazın nəqlinin bərpa olunacağı tarix məlum deyil"

"Azərbaycan Rusiyaya təbii qazın nəqlini dayandırıb". Bu haqda SİA Rusiyanın İnterfaxt xəbər agentliyinə istinadən xəbər verir. Saytın yazdığına görə, Rusiyanın "Qazprom" şirkəti xəbər yayıb ki, təbii qazın nəqli texniki səbəblərə görə yanvarın 13-dən səhər saat 10:00-dan dayandırılıb. Lakin "Qazprom" qeyd edir ki, qazın nəqlinin bərpa olunacağı tarix hələ ki, məlum deyil.Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verlən məlumata görə isə, Azərbaycan qaz keçidlərinin olduğu Bakı-Rusiya sərhədi magistral yolu boyunca təmir işlərinin aparılması ilə əlaqədar Rusiyaya qaz ixracını müvəqqəti dayandırdığını bildirib. SOCAR-ın məlumatında bildirilir ki, qazın nəqlinin bərpa olunacağı tarix isə hələlik məlum deyil.Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin "Qazprom" şirkəti ilə 2009-cu ildə əldə olunmuş razılığa əsasən, Azərbaycan tərəfi Rusiyaya gündəlik 3 mln. kubmetr qaz nəql edir.

sia.az

Digər xəbərlər