PDF Oxu

Siyasət

  • 33

Növbəti humanist aksiya

Növbəti humanist aksiya

YAP Quba rayon təşkilatı 20 yanvar şəhidlərini anım məqsədilə qanvermə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) bütün rayon təşkilatları kimi YAP Quba rayon təşkilatı da xeyriyyəçilik və humanizm ideyalarına sadiq qalaraq bu istiqamətdə fəaliyyətini daha da genişləndirir. YAP hər zaman cəmiyyətimiz, dövlətimiz, vətəndaşlarımız üçün faydalı işlər görüb və bu işlərin görülməsinə böyük önəm verib və bundan sonra da belə olacaq.

Belə ki, YAP Quba rayon təşkilatı Quba Olimpiya Kompleksində 20 yanvar şəhidlərini anım məqsədilə talasimiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım üçün qanvermə aksiyası keçirib. Aksiyada YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, YAP Quba rayon təşkilatı aparatının işçiləri və yüzlərlə vətəndaş iştirak etdiblər. Vətəndaşlar bu qanvermə aksiyasında fəallıq göstərmiş və aksiyanı təşkil etdiyi üçün Yeni Azərbaycan Partiyasına dərin minnətdarlıqlarını bildiriblər.

Cahid Süleymanov

Digər xəbərlər