PDF Oxu

Siyasət

  • 21

Prezident İlham Əliyev bütün sahələrə olduğu kimi gənclərə də xüsusi qayğı ilə yanaşır

Prezident İlham Əliyev bütün sahələrə olduğu kimi gənclərə də xüsusi qayğı ilə yanaşır

Ölkəmizdə hər bir sahəyə göstərilən diqqət və qayğı gənclərə də göstərilir. Məhz bunun nəticəsidir ki, gənclərimizin hərtərəfli inkişafı göz önündədir. Müsahiblərimiz dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq, bunu yüksək qiymətləndirdilər.

Leyla Kərimova,

YAP GB-nin layihələr üzrə koordinatoru:

- Gənclik gələcək deməkdir. Hər zaman cəmiyyətimizin avanqard simaları olan gənclərimiz hər sahədə layiqli yer tutublar. Təbii ki, bütün bunların əsasında dövlətimizin gənclərə yaratdığı imkanlar və diqqət dairəsindədir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Davamlı inkişafın əsas meyarı olan gənclərimiz bu amallarla birləşməli və bu yolda həmrəy olmalıdırlar.

Elmar Məmmədov,

YAP Sumqayıt şəhər gənclər birliyinin sədri:

- Aparılan siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəallıq göstərir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib. 2007-ci ilin "Gənclər ili" elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyət həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də elm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident təqaüdü ilə mükafatlandırılır. Ölkə başçısının Fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" gənclərin xaricdə təhsili üçün geniş imkanlar açıb. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir.

Cahid Süleymanov

Digər xəbərlər