"Şəki" Elektrik Stansiyası 2013-cü ili uğurlu nəticələrlə başa vurmuşdur.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2013-cü ildə elektrik stansiyasında 310,7 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunmuşdur. Ötən ilin dekabr ayında isə enerji istehsalı təxminən 28,8 milyon kilovat-saat təşkil etmişdir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbəxş nəticələr əldə olunmuşdur.
AzərTAc