PDF Oxu

Siyasət

  • 16

Azərbaycan şirkətləri “Beynəlxalq Yaşıl Həftə - 2014” sərgisində iştirak edəcəklər

Azərbaycan şirkətləri “Beynəlxalq Yaşıl Həftə - 2014” sərgisində iştirak edəcəklər

Yanvarın 17-dən 26-dək Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2014" ("International Green Week – 2014") sərgisi keçiriləcəkdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Avropanın ən iri sərgilərindən biri hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-dən çox ölkəsindən 1500-dək müəssisənin və 5 minə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yüz minlərlə insan tərəfindən ziyarət olunur. Bu il Azərbaycanın 7-ci dəfə iştirak edəcəyi sərgidə ölkəmiz aqrar-sənaye və turizm sahəsində fəaliyyət göstərən 9 şirkətlə təmsil olunacaqdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 100-dən çox çeşiddə kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdiriləcəkdir. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları və disklər paylanacaqdır. Sərginin ölkəmizə məxsus pavilyonunda Naxçıvan Muxtar Respublikası üçün də xüsusi stend ayrılmışdır.

yap.org.az

Digər xəbərlər