PDF Oxu

Siyasət

  • 35

Elçin Behbudov: “Azərbaycanda siyasi motivlərə görə həbs olunan yoxdur”

Elçin Behbudov: “Azərbaycanda siyasi motivlərə görə həbs olunan yoxdur”

"Əgər bir insan siyasi motivlərlə həbs olunsa və ona qarşı işgəncələr verilsə o zaman onu siyasi məhbus adlandırmaq olar. Ancaq Azərbaycanda siyasi motivlərə görə həbs olunan yoxdur. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə siyasi məhbus yoxdur". Bu fikirləri SİA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.Onun sözlərinə görə, özlərini siyasi məhbus hesab edən məhkumlar bunu əllərində bayraq tutaraq həm xaricdə, həm də daxildə özlərinə dayaq axtarmağa çalışırlar: "Bunu əsas götürən insanların bir sıra xarici dövlətlərin məhkəmələrinə müraciət etmələrini düzgün hesab etmirəm. Bu səbəbdən, bəzi dairələr tərəfindən Azərbaycanda siyasi məhbusların olması barədə söylənilən fikirlər absurddur".

sia.az

Digər xəbərlər