"Əlbəttə, Tural Abbaslı uşaqdı və nə danışdığını da bilmir. Rauf Arifoğlunu ciddi qəbul edən Tural Abbaslının məni qeyri-ciddi qəbul etməsi mənə komplimentdir". Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin mətbuat katibi Natiq Ədilov Müsavat Partiyasının divan üzvü Tural Abaslının "Natiq Ədilovu ciddi insan kimi qəbul etmirik" fikrinə münasibət bildirərkən söyləyib.Tural Abbaslının "AXCP rəhbərliyi Müsavat partiyasından üzr istəməlidir " fikrinə də münasibətini açıqlayan Natiq Ədilov qeyd edib ki, Müsavat partiyası özünü tamamilə gözdən salıb: "Bu partiya bir çox səhv addımlar atıb. Onların tutduğu mövqedən də belə başa düşülür ki, Müsavat partiyası hakimiyyətin istəyinə, arzusuna uyğun addım atır. Onlar haqqında bundan başqa nəsə düşünmək mümkün deyil. Biz belə bir partiyadan niyə üzr istəməliyik ki?!".
sia.az