PDF Oxu

Siyasət

  • 23

Sevinc Həsənova: Qarşımızda duran əsas vəzifələrdən biri ölkə iqtisadiyyatının diversifikasiyasını daha da sürətləndirməkdir

Sevinc Həsənova: Qarşımızda duran əsas vəzifələrdən biri ölkə iqtisadiyyatının diversifikasiyasını daha da sürətləndirməkdir

"Qarşımızda duran əsas vəzifələrdən biri ölkə iqtisadiyyatının diversifikasiyasını daha da sürətləndirməkdir". Bu fikri iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, 2020-ci ilə qədər iqtisadiyyatı qeyri-neft sektorunun hesabına iki dəfə artırmaq nəzərdə tutulur. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün ölkədə makroiqtisadi sabitlik qorunub saxlanmalıdır.

"Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində vacib addımlar atılır. Xüsusilə bölgələrdə emal müəssisələri yaradılır. Regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramına əsasən 25 mindən çox müəssisələr yaradılıb. Gələcəkdə bu işlər daha sürətlə davam etdiriləcək"-deyə, nazir müavini qeyd edib.

yap.org.az

Digər xəbərlər