PDF Oxu

Siyasət

  • 24

Məmməd Əlizadə: “Müsavat və AXCP-nin bir-birilərini qəbul etməmələri hələ meydan hadisələrinə gedib çıxır”

Məmməd Əlizadə: “Müsavat və AXCP-nin bir-birilərini qəbul etməmələri hələ meydan hadisələrinə gedib çıxır”

"AXCP və Müsavat arasında yaranan intriqa və ziddiyyət gözlənilən idi. Onların bir-birlərini lider kimi qəbul etməməsi aralarında bu cür halların yaranmasına səbəb olan amillərdəndir". Bu fikirləri SİA-ya Milli Azadlıq hərəkatının öncüllərindən biri olan Məmməd Əlizadə AXCP və Müsavat partiyaları arasında yaranan ziddiyətlərə münasibət bildirərkən deyib."Bütün siyasi proseslər dövründə onlar milli dövlətçilik maraqlarına deyil, hakimiyyəti qərəzli şəkildə ələ keçirmək düşüncəsinə xidmət ediblər" - deyə bildirən Məmməd Əlizadə onu da qeyd edib ki, onların arxasında dayanan qüvvələr hansı diktəni edirlərsə, onlar da həmin yolla getməyə məcbur qalırlar.Məmməd Əlizadə adıçəkilən partiyaların heç vaxt bir-birlərini qəbul etmədiklərini də qeyd edib: "Müsavat və AXCP-nin bir-birilərini qəbul etməmələri hələ meydan hadisələrinə gedib çıxır. Hələ 1989-cu ildə Xalq Cəbhəsi partiyası yarananda onun sədrinin, Əbülfəz Elçibəyin əlehinə qarşı çıxışlar başladılmışdı. Bütün bunlar onu deməyə əsas verir ki, onlar hər zaman radikal mövqe tutaraq bir-birilərinə qarşı qeyri-səmimi və ikili siyasət yürüdüblər".

sia.az

Digər xəbərlər