PDF Oxu

Siyasət

  • 19

İctimai Televiziya və Radio Yayımları Şirkəti Milli Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülmüşdür

İctimai Televiziya və Radio Yayımları Şirkəti Milli Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülmüşdür

Yanvarın 16-da İctimai Televiziya və Radio Yayımları Şirkəti direktorlar şurasının iclası keçirilmişdir. Bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a məlumat verilmişdir.

İclas İctimai Televiziyanın Milli Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülməsi ilə əlaqədar keçirilmişdir.

Baş direktor Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Milli Olimpiya Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləmişdir.

Milli Olimpiya Komitəsinin beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Könül Nurullayeva İctimai Televiziyanın Azərbaycanın Olimpiya hərəkatına xüsusi töhfələr verdiyini, o cümlədən bu yaxınlarda yekunlaşan "Fəal ailəm" və "Sağlam ailəm" layihələrinin bu işdə mühüm rol oynadığını bildirmişdir.

Milli Olimpiya Komitəsinin əməkdaşı Mehman Kərimov İctimai Televiziya ilə indiyədək həyata keçirilən layihələrin uğurlarından və əməkdaşlığın perspektivlərindən danışmışdır.

Sonda Milli Olimpiya Komitəsinin xüsusi mükafatı təqdim edilmişdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev və şirkətin layihələrin həyata keçirilməsində fəal iştirak etmiş əməkdaşları mükafatlandırılmışlar. Bundan başqa, Milli Olimpiya Komitəsi tərəfindən qış Olimpiya oyunları ilə bağlı hazırlanan film İctimai Televiziyaya təqdim olunmuşdur.

AzərTAc

Digər xəbərlər