Vyetnamın Mədəniyyət, Turizm və İdman Nazirliyinin Turizm Administrasiyasının rəsmi mətbu orqanı "Vietnam Tourism Review" jurnalının ilin yekunlarına həsr olunmuş xüsusi buraxılışında "Azərbaycan – Əsrarəngiz diyar" sərlövhəli məqalə dərc edilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məqalədə Azərbaycanın tarixi və zəngin mədəni irsi, mətbəxi, qədim və müasir memarlıq inciləri, səfalı təbiəti haqqında ətraflı məlumat əksini tapmışdır.
Müəllif qeyd edir ki, Azərbaycan böyük turizm potensialına malikdir və son illər bu sahədə aparılan islahatlar nəticəsində ölkədə yay və qış turizmi inkişaf edir. Azərbaycana səyahət edən turistlərin sayı ildən-ilə artır.
Jurnalda Azərbaycanın turizm imkanlarını əks etdirən şəkillər də yer almışdır.
AzərTAc