PDF Oxu

Siyasət

  • 14

Hafiz Paşayev: ADA təhsil keyfiyyəti, inkişaf və yenilik deməkdir

Hafiz Paşayev: ADA təhsil keyfiyyəti, inkişaf və yenilik deməkdir

"Prezident İlham Əliyevin 14 yanvar 2014 tarixli Sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyasında və İnformasiya Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən fundamental və tətbiqi elmi təhqiqatlar aparan, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ADA Universiteti yaradıldı". Bu haqda universitetin rektoru Hafiz Paşayev bu gün keçirilən mətbuat konfransında deyib. Rektorun sözlərinə görə, bu dəyişikliyin ADA-nın təhsil sahəsində gördüyü işlər və Azərbaycanda təhsilin inkişafına verdiyi töhfənin əsasında dövlət və ictimaiyyət tərəfindən tanınmasının təzahür olunması durur. Hafiz Paşayev eyni zamanda ADA-nın qarşısında yeni üfüqlərin açıldığını da qeyd edib: "Universitet statusu almaqla biz yeni ixtisaslar, proqramlar, fakültələr yaratmaq və bununla da Azərbaycanın və regionun inkişafına töhfə verəcək savadlı gənclərin yetişdirilməsi və inkişaf etdirilməsində daha yaxında iştirak etmək imkanı əldə edirik".

ADA-nın uğurlarında danışan rektor vurğulayıb ki, digər xarici universitetlərlə 30-a yaxın müqaviləsi var ki, bu da bizim yeni mexanizmlərdən, yeni kadrlardan istifadə etməyimizdən irəli gəlir: "27 ölkədən 42 tələbə bizdə təhsil alır. Hal-hazırda ADA Universiteti özündə Biznes fakültəsi, İctimai və Beynəlxalq Münasibətlər fakültəsi, Humanitar və Dəqiq elmlər fakültəsi, Mühəndislik və İnformasiya Texnologiyaları fakültəsini birləşdirərək, təxminən 700 tələbəyə həm bakalavr, həm də magistr dərəcələri üzrə müxtəlif ixtisaslar təklif edən bir təhsil ocağı kimi fəaliyyət göstərir".

Gələcək inkişafın da məhz bu dəyərlər üzərində davam edəcəyini dilə gətirən rektor bildirib ki, ADA təhsil keyfiyyəti, dürüstlük, inkişaf və yenilik deməkdir.

yap.org.az

Digər xəbərlər