PDF Oxu

Siyasət

  • 25

Ermənistan hakimiyyətindəki çəkişmələr...

Ermənistan hakimiyyətindəki çəkişmələr...

Ermənistan saytı: "Ermənistanda iki müxtəlif fikrə xidmət edən "Respublikaçılar Partiyası"dır

Heç kəs üçün sirr deyil ki, Ermənistanda iki fikrə xidmət edən partiya "Respublikaçılar Partiyası"dır. Bu haqda SİA Ermənistanın "Sla.am" saytına istinadən xəbər verir. Erməni saytı qeyd edir ki, "Respublikaçılar Partiyası"nın yarısını Ermənistanın Avropaya üzvlüyünə, digər hissəsini isə Rusiya ilə əməkdaşlığa üstünlük verənlər təşkil edir. Baxmayaraq ki, son üç ildə partiyanın Avropa yönlü hissəsi aktiv fəaliyyət nümayiş etdirmişdir və ölkənin başlıca mövqeyini məhz Avropaya inteqrasiya üçün hesablanmışdılar. Sarkisyan bu hesablamanı öz düşüncə tərzinə uyğun olaraq pozmağa müvəffəq oldu. Belə ki, ötən il 3 sentyabr tarixində Ermənistan prezidenti gözlənilmədən Gömrük İttifaqına üzvlüyü seçdi və bunu Moskva səfəri ilə təsdiqlədi. O zaman Avropaya inteqrasiya layihəsi üzərində işləyən bixəbər partiya heyəti mat-məəttəl qalmışdı. Lakin erməni saytı bildirir ki, prezident Serj Sarkisyan onun atdığı hər bir addımı şərh edənlərə və əsasən də "Respublikaçılar Partiyası"na üç qərəzli bəyanat ünvanladı. İlk olaraq avropayönlüləri yerlərində rahat oturmağa və onun atacağı addımlara maneə olmamağa çağırdı. İkincisi isə Ermənistanda son vaxtlar hərəkətləri böyük qalmaqala səbəb olan baş nazir Tiqran Sarkisyanın vəzifədən getməyəcəyini rəsmən açıqlayıb. Bu da Ermənistan tərəfindən təəccüblə qarşılanıb.

Erməni saytı prezidentin ikinci qərarını şərh edərkən bildirir ki, bu mesajla əslində Sarkisyan hər kəsi ölkə büdcəsini dəstəkləməyə və Tiqran Sarkisyan üçün maneə yaratmamağa çağırıb. Elə üçüncü bəyanatı ilə də ikinci bəyanatını təsdiqləmiş olub. Belə ki, Serj Sarkisyan dövlət adamlarını effektiv iş nümayiş etdirməyə, bir sözlə, onun qərarlarına qarşı çıxmamaq haqda xəbərdarlıq verib. Bunun müqbilində isə əmək haqlarını artıracağına söz verib. Bu da Serj Sarkisyanın yenə də kortəbii metodlarla öz düşünülməmiş addımlarını ört-bastır etməsindən xəbər verir. Ermənistanın dövlət başçısının deputatlarla "uşaq başı aldadır" kimi danışması gülüş doğurmaqdadır. Bu da təxminən "Sən dərslərindən yaxşı qiymət alsan, atan sənə oyuncaq alacaq" kimi misalla eynilik təşkil edir.

Erməni saytı qeyd edir ki, bu uşaqsayağı bəyanatlara əfsuslar olsun ki, rəsmi Yerevanın parlament heyətinin hələ də qarınları acdır. Çünki həmin insanlar Sarkisyanın bəyanatlarını qəbul etmiş və buna öz razılıqlarını vermiş sayılırlar. Belə ki, bu bəyanatlar verildikdən sonra heç bir deputat partiyada təmsil olunaraq Rusiyaya xidmət etməkdən imtina etməyib. Baxmayaraq ki, bu, onların əvvəlki prinsiplərinə zidd idi. Deməli, dərslərini yaxşı oxumağa razılıq verdilər ki, ermənilərin dediyi kimi desək, Sarkisyan "ata" onlara oyuncaq alsın...

Ülkər MUSAZADƏ

Digər xəbərlər