PDF Oxu

Siyasət

  • 28

20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan dəyirmi masa keçirilir

20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan dəyirmi masa keçirilir

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan dəyirmi masa keçirilir. SİA-nın xəbərinə görə tədbirdə millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, media nümayəndələri iştirak edib.Dəyirmi Masada qeyd olunub ki, 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı tarixə 20 Yanvar faciəsi kimi düşüb.Vurğulanıb ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Tədbir müzakirələrlə davam edir.

sia.az

Digər xəbərlər