"2014-cü ilin "Sənaye ili" elan edilməsi ilk növbədə yeni iş yerlərini açılmasına səbəb olacaq. Digər tərəfdən, neft hasilatının getdikcə aşağı düşdüyünü nəzərə alsaq, iqtisadiyyatın diversifikasiyası baxımından, Azərbaycanda sənayeni inkişaf etdirməkdir". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, dövlət başçısı tərəfindən sənayenin inkişafına çox böyük diqqət yetirilir. Onun sözlərinə görə, ötən illər ərzində sözügedən sahədə bir sıra uğurlar əldə olunub.
"Sumqayıtda böyük texnopark açılıb istifadəyə verilib. Balaxanıda texnoparkın müəyyən hissəsi tikilib istifadəyə verilib və müəyyən hissəsi tikilməkdə davam edir. Ümumilikdə hesab edirəm ki, ölkəmizdə sənaye şəhərciklərinin tikintisinə ehtiyac var"- deyə, komitə üzvü qeyd edib.
sia.az