PDF Oxu

Siyasət

  • 11

Polşanın Yagellon Universitetinin müəllim və tələbə heyəti Azərbaycan haqqında məlumatlandırılmışdır

Polşanın Yagellon Universitetinin müəllim və tələbə heyəti Azərbaycan haqqında məlumatlandırılmışdır

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Krakov şəhərində fəaliyyət göstərən və 650 illik tarixə malik Yagellon Universitetinin müəllim və tələbə heyəti qarşısında çıxış etmişdir.

Səfirlikdən AzərTAc-a verilən məlumata görə, H.Həsənov Azərbaycanın çoxəsrlik tarixi və bu günü haqqında danışmışdır. O, həmçinin Azərbaycanın müxtəlif sahələrdə inkişafında rolu olmuş polyaklar, Polşanın müstəqilliyi uğrunda mübarizə aparmış azərbaycanlılar, eləcə də iki ölkə arasındakı münasibətlərdən söhbət açmışdır.

Həsən Həsənov müasir Azərbaycanın xarici siyasət prioritetləri, iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs etmişdir. O bildirmişdir ki, Prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.

Sonra görüş iştirakçılarının sualları cavablandırılmışdır.

Tədbir keçirilən zalda səfirliyin nəşr etdirdiyi, Azərbaycanın tarixini, mədəniyyətini, milli mətbəxini və s. əks etdirən 22 adda 500 nüsxədən çox kitab və açıqcalar iştirakçılara paylanmışdır.

AzərTAc

Digər xəbərlər