PDF Oxu

Siyasət

  • 18

YAP Quba rayon təşkilatının yaradılmasının 21-ci ildönümü qeyd edilib

YAP Quba rayon təşkilatının yaradılmasının 21-ci ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Partiyanın Quba rayon təşkilatının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının akt zalında İdarə Heyəti və Siyasi Şura üzvləri ilə birgə geniş tədbir keçirib.Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev YAP-ın yarandığı gündən keçdiyi uğurlu, parlaq yollardan, tarixdən danışıb: "Gedilən yol insan zəkasının, qüdrətinin, onun iradə və mənəviyyatının güzgüsüdür. Hər bir insanın, təşkilatın, partiyanın həyatı, yaşam tərzi, fəaliyyəti, məram və məqsədləri, nəhayət, cəmiyyət üçün faydası onun seçdiyi yolla bağlıdır. YAP-ın seçdiyi yol xalqa xidməd yoludur. Məhz buna görə də Yeni Azərbaycan Partiyasının, bu mənada, ümummilli siyasi təşkilata, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin inam ünvanına çevrildiyini əminliklə söyləyə bilərik. Bütün bunların səbəbkarı və banisi təbii ki, Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Lider bizlərə həyatı mənalı yaşamağı, vətənə, xalqa xidmət etməyi öyrədib".Həmçinin, Ə.Nəbiyev YAP-ın yaradılmasının Azərbaycan xalqı üçün nə qədər əlamətdar bir hadisə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb . Daha sonra çıxış edən Siyasi Şura üzvləri və başqaları Yeni Azərbaycan Partiyasının yaradılması və onun gördüyü işlər barədə məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

sia.az

Digər xəbərlər