PDF Oxu

Siyasət

  • 22

UNHCR Azərbaycana maliyyə vəsaiti ayırıb

UNHCR Azərbaycana maliyyə vəsaiti ayırıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Azərbaycana 5,850,001 ABŞ dolları məbləğində pul ayırıb. SİA-nın məlumatına görə, bu barədə təşkilatın saytında qeyd olunub.Məlumatda bildirilir ki, bu məbləğin 4 milyon 397 min 620 dolları qaçqınlar üçün proqramların həyata keçirilməsinə, 321 min 299 dolları vətəndaşlığı olmayan şəxslərə, 1 milyon 131 min 82 dolları isə məcburi köçkünlər üçün nəzərdə tutulub.Qeyd edək ki, maliyyə vəsaiti Şərqi Avropa ölkələrində qaçqınlara yardım proqramı çərçivəsində ayrılır. Gürcüstana 14 milyon, Rusiyaya 7 milyon, Türkiyəyə 195 milyon, Ukraynaya 10 milyon, işğalçı Ermənistana ayrılan vəsaitin həcmi 4 milyon 81 min 334 dollardır.

sia.az

Digər xəbərlər