PDF Oxu

Siyasət

  • 23

Azay Quliyev: Ötən il Azərbaycan Hökuməti tərəfindən QHT-lərə çox böyük dəstək verilib

Azay Quliyev: Ötən il Azərbaycan Hökuməti tərəfindən QHT-lərə çox böyük dəstək verilib

"2013-cü ildə şuranın maliyyə dəstəyi əsasında bəzi QHT-lər Qarabağ həqiqətləri haqqında müxtəlif layihələr həyata keçirdilər. Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla, xüsusilə, Xocalı soyqırımını dünyada tanıdılması ilə bağlı nəşrlərin çap edilməsi hesab edirəm ki yadda qalan bir iş olub". Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, ötən il Azərbaycan Hökuməti tərəfindən QHT-lərə çox böyük dəstək verilib. Onun sözlərinə görə, qarşıdakı dövrdə QHT-lərə maliyyə yardımı 5 istiqamətdə aparılacaq.

"Birinci istiqamət insan hüquqlarının qorunması, ikinci istiqamət Dağlıq Qarabağ münaqişəsinin həllində QHT-lərin rolunun artırılması, üçüncü istiqamət Xocalı soyqırımının tanıdılması, dördüncü istiqamət mədəniyyətlər arası dialoqun gücləndirilməsi, beşinci istiqamət isə hər cür irqçiliyin əleyhinə olan fəaliyyətin dəstəklənməsidir. Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsində bu cür layihələrin böyük rolu var"- deyə, Şura sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər