PDF Oxu

Siyasət

  • 34

Prezident Abdullah Gül: Türkiyə, Azərbaycan və Gürcüstan yeni birgə layihələr həyata keçirəcəklər

Prezident Abdullah Gül: Türkiyə, Azərbaycan və Gürcüstan yeni birgə layihələr həyata keçirəcəklər

Türkiyə Prezidenti Abdullah Gül Ankarada rəsmi səfərdə olan Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə keçirdiyi mətbuat konfransında Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışdır.

Abdullah Gül demişdir ki, dost və qardaş olan bu üç ölkə çox böyük strateji əhəmiyyətə malik layihələr həyata keçirmişdir. Bundan sonra yeni layihələr də həyata keçiriləcəkdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və bunlara əlavə olaraq həyata keçiriləcək TANAP layihələri əməkdaşlığın bir nümunəsidir.

Türkiyə Prezidenti bölgədəki münaqişələrə də toxunmuş, onların sülh və dövlətlərin ərazi bütövlüyünün qorunması yolu ilə həllinin vacibliyini vurğulamışdır.

yap.org.az

Digər xəbərlər