PDF Oxu

Siyasət

  • 26

Biləsuvarda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Biləsuvarda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Biləsuvar şəhərindəki "Şəhidlər" abidə-kompleksinin önündə qanlı 20 Yanvar qurbanlarının xatirəsini dərin hüznlə anılıb. SİA-nın məlumatına görə, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri, abidə-kompleksinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarları önünə əklil və gül dəstələri düzüblər, Şəhidlərimizin ruhuna dualar oxuyublar.Daha sonra tədbir rayon mədəniyyət evində davam etdirilib.Mərasimdə çıxış edənlər 24 il əvvəl sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətləri bird aha yada salıblar. Vurğulanıb ki, 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır.Tədbir iştirakçıları mədəniyyət evinin foyesində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olublar.Rayonun bədii özfəaliyyət kollektivləri Qanlı Yanvar hadisələri ilə bağlı ədəbi-bədii kompozisiya çıxış ediblər.

sia/az

Digər xəbərlər