PDF Oxu

Siyasət

  • 19

Lavrov: “Rusiya münaqişənin həlli ilə bağlı Azərbaycana kömək etmək niyyətindədir”

Lavrov: “Rusiya münaqişənin həlli ilə bağlı Azərbaycana kömək etmək niyyətindədir”

"Digər həmsədr ölkələr kimi, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqa kömək etmək niyyətindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən 2013-cü ilin yekunlarına həsr edilən mətbuat konfransında məlumat verib.O deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ümidverici olsa da, münaqişənin həlli tərəflərdən asılıdır.Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müəyyən hazırlıqları var: "Tərəflər ATƏT-in Minsk qrupunun hazırlıqlarını rədd etməsələr də, razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz hər iki tərəfə kömək etməyə hazırıq".

sia.az

Digər xəbərlər