ABŞ Konqresinin üzvü Madelin Bordallo 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verib. SİA-nın məlumatına görə, faciələrin ətraflı təhlilini verən Konqres üzvü Azərbaycanın strateji əhəmiyyətli bir regionda ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb. O, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini qeyd edib.
sia.az