"AXCP və Müsavat partiyaları arasında ixtilaflar, qarşıdurmalar, ziddiyyətlər hər zaman olub və bundan sonra da olacaq. Onlar heç vaxt barışan deyillər. Son çəkişmələri isə elə bir pik səviyyəyə çatıb ki, bütün körpüləri yandırıblar". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli Müsavatın Divan üzvü Qubad İbadoğlunun AXCP və Müsavata barışıq çağırışına münasibət bildirərkən söyləyib.Yurddaş Partiyasının sədri həmçinin onu da qeyd edib ki, bu iki partiyanın demokratiyadan anlayışı yoxdur: "Bunların heç birinin demokratiyadan anlayışları yoxdur. Onlar hər zaman bir-birlərini belə kəskin fikirlərlə təhqir ediblər".
sia.az