PDF Oxu

Siyasət

  • 13

"Ölkəmizin siyasi imicində forumun rolu danılmazdır"

"Ölkəmizin siyasi imicində forumun rolu danılmazdır"

"Hesab edirəm ki, bu gün İsveçrədə Davos Ümumdünya İqtisadi Forumunun keçirilməsinin Azərbaycan üçün iki mühüm əhəmiyyəti olacaq. İlk növbədə Azərbaycanı dünyada tanıtmaq istiqamətində xüsusi önəm kəsb edəcək. Bununla yanaşı, ölkəmiz üçün siyasi imic yaratmaq üçün də forumun rolu danılmazdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə bu gün keçirilən forumun ölkəmiz üçün siyasi əhəmiyyətindən danışarkən deyib.Onun sözlərinə görə, Azərbaycanla müvafiq işgüzar sahədə münasibətlər qurmaq istəyən dövlətlər də bu forumda fəal iştirak edirlər: "Ona görə də forumun ölkəmiz üçün siyasi üstünlüyü çox vacibdir".Millət vəkili həmçinin Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğıdan da söz açıb. O bildirib ki, ölkənin tək paytaxt şəhəri deyil, eyni zamanda bütün bölgələr inkişaf etməlidir: "Regionlarda əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün yeni iş yerləri açılmalıdır. Bununla yanaşı, regionlarda mədəniyyət, eləcə də turizm sahəsi də xüsusi inkişaf etdirilməlidir. Çünki Azərbaycanın bir çox gəzməli-görməli məkanları məhz regionların payına düşür. Buna görə də regionlarımızın infrastrukturlarında ciddi dəyişikliklər həyata keçirilməlidir. Ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncənin sosial-iqtisadi inkişafı Azərbaycanın ümumi vəziyyətinə öz müsbət töhfəsini vermiş olacaq".

sia.az

Digər xəbərlər