PDF Oxu

Siyasət

  • 44

Fəxrəddin Muxtarov: Ukraynada baş verənlər ölkə iqtisadiyyatı üçün arzuolunmazdır

Fəxrəddin Muxtarov: Ukraynada baş verənlər ölkə iqtisadiyyatı üçün arzuolunmazdır

"Ukraynada baş verənlər bütün iş adamları və ölkə iqtisadiyyatı üçün arzuolunmazdır". Bu fikri Ukrayna Dnepropetrovsk Vilayət Şurasının deputatı, iş adamı Fəxrəddin Muxtarov deyib.

F.Muxtarov bildirib ki, bu ölkədə yaşayan azərbaycanlılar yaranmış gərginliyin tez bir zamanda tərəflərin qarşılıqlı razılaşması ilə həllini tapmasını arzulayır. Onun sözlərinə görə, çünki, bu, birbaşa Ukrayna iqtisadiyyatı üçün vacibdir.

"Son hadisələr ölkənin iri sərmayədarlarının işinə də ciddi maneələr yaradır. Qeyri-sabitlik iqtisadiyyata böyük zərbə vurur. Əlbəttə, iqtisadiyyatımızın inkişafı üçün ölkədə sabitlik lazımdır"- deyə, F.Muxtarov qeyd edib.

sia.az

Digər xəbərlər