PDF Oxu

Siyasət

  • 20

Politoloq: “Real gerçəkliklər ermənilərin qarşısına qoyulmalıdır”

Politoloq: “Real gerçəkliklər ermənilərin qarşısına qoyulmalıdır”

"İndiki Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarında bir dənə olsun erməni yaşamayıb"

"Ermənistan "dənizdən-dənizə" dövlətinin xəritəsini qurur və bunu bütün dünyaya, öz əhalisinə çatdıraraq onların beynlərinə yeritməyə çalışırsa biz niyə öz tarixi topaqlarımız haqqında məsələləri ictimailəşdirməyək? Bu baxımdan ölkə başçısının ötən gün Ermənistanın Azərbaycanın tarixi torpaqları olması ilə bağlı səsləndirdiyi fikirlər tamamilə düzgündür". Bu sözləri SİA-ya politoloq Qabil Hüseyinli verdiyi açıqlama zamanı deyib.O bildirib ki, İndiki Qərbi Azərbaycan torpaqlarında vaxtilə cəmi 15 faiz erməni yaşayıb ki, onlar da Türkiyə və İrandan köçürülmüş erməni olublar.Politoloqun sözlərinə görə, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərində, indiki Qərbi Azərbaycan torpaqlarında bir dənə olsun erməni yaşamayıb: "İlk ermənilər Qərbi Azərbaycana 1514-cü ildə Çaldıran döyüşündən sonra türklərin səyi ilə köçürülüb. Erməniləşmə prosesi daha sonra İrəvan quberniyasının süqutu və rusların İrəvan quberniyasını işğal etməsindən sonra sürətlənib. Lakin heç zaman Qərbi Azərbaycanda ermənilərin sayı azərbaycanlıların sayının 1/3-ni keçməyib. Bu torpaqları Azərbaycanın itirilmiş torpaqlarıdır. Bu məsələni qaldırmaq həm də dünya ictimaiyyətinə bir mesaj vermək deməkdir. Biz dəfələrlə təcavüzə məruz qalmış, torpaqlarımızdan qovulmuşuq. Deportasiyalar tarixini canlandırmaq lazımdır. Azərbaycanlılar Qərbi Azərbaycandan 8 dəfə deportasiyaya məruz qalıblar. Deportasiya ilə bağlı bir gün müəyyənləşdirilməli və bu gün soyqırımı günü kimi ölkəmizdə qeyd edilməlidir. Ötən gün ölkə başçısının Gəncə şəhərinə səfəri zamanı etdiyi çıxışında bu məsələlərə toxunmasını alqışlayıram və güman edirəm ki, bu Azərbaycan ictimai rəyində tezliklə özünə möhkəm yer tutacaq".Q.Hüseynli onu da vurğulayıb ki, biz bütün real gerçəkləri ermənilərin qarşısına qoymalıyıq, əks halda onların həyasızlığının qarşısını ala bilməyəcəyik: "Tarixçi, alim və jurnalistlər bu istiqamətdə ciddi araşdırma aparmalı, bu səpkidə yazılar yazaraq həqiqəti dünya ictimaiyyətinə çatdırmalıdırlar. Biz indiyəcən susmuşuq, amma indi məsələləri ortaya çıxarmaq vaxtıdır".

sia.az

Digər xəbərlər