PDF Oxu

Siyasət

  • 17

“Geopolitik reallıqlar dəyişsə, NATO ilə bağlı münasibətlərdə yeni nüanslar yarana bilər”

“Geopolitik reallıqlar dəyişsə, NATO ilə bağlı münasibətlərdə yeni nüanslar yarana bilər”

"Azərbaycan NATO münasibətləri strateji tərəfdaşlıq münasibətləridir və münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri kimi xarakterizə oluna bilər. Ölkə başçısının ötən həftə Brüsselə səfəri və səfər çərçivəsində NATO rəhbəri ilə görüşü Azərbaycanın NATO üçün vacib bir ölkə olduğunu təsdiqlədi". SİA-nın xəbərinə görə, bunu politoloq Elman Nəsirli açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarında yaxından iştirak edir: "Eyni zamanda, ölkəmiz Əfqanstanın Müdafiə Nazirliyinin Ehtiyat Fonduna 1 milyard dollar vəsait ödəyib və daha bir milyon ödəməklə bağlı qərar qəbul edib. Azərbaycan həmçinin hava məkanını Amerika Birləşmiş Ştatlar və NATO qüvvələri üçün açıq elan edib ki, Əfqanıstana lazim olan lakin dağıdıcı olmayan məmulatlar çatdırılsın. NATO ölkəmizdə keçirilən çoxsaylı təlimlərdə iştirak etməklə yanaşı, Azərbaycan bu quruma üzv olan dövlətlərdən ən müasir silahlar alır və qoşunlarımız NATO standarlarına uyğunlaşdırılır. Bütün bunlar NATO-nun bizim üçün əhəmiyyətini təsdiqləyən faktlardır. Burada digər fakt ölkəmizin NATO üçün mühüm əhəmiyyətə malik olmasıdır. Belə ki, Azərbaycan NATO ölkələrinin enerji təhlükəsizliyində böyük rola malikdir".Politoloq açıqlaması zamanı Azərbaycanın NATO-ya daxil olması məsələsinə də aydınlıq gətirib. O deyib ki, Azərbaycanın NATO-ya üzv olması məsələsi hələlik müzakirə obyekti ola bilməz: "2007-c ilin mayın 23-də ölkəmiz tərəfindən qəbul edilən Milli Təhlükəsizlik Konsepsiyası var ki, həmin sənəddə Azərbaycanın Avro Atlantik məkana inteqrasiya xəttinə üstünlük verdiyi öz əksini tapıb. Bundan başqa, Azərbaycan 2011-ci ilin may ayından Qoşulmamaq Hərəkətının üzvüdür. Bu da o deməkdir ki, Azərbaycan hər hansı bir bloka girməsi və hər hansı bir hərbi blokun ərazisində bazasın saxlaması mümkün deyil. Bugünkü reallıq belədir. Lakin geopolitik reallıqlar dəyişsə, Azərbaycanın NATO ilə bağlı münasibətlərində yeni nüanslar yarana bilər. Biz hazırda geopolitik vəziyyəti, beynəlxalq konnekturanı, İran və Rusiya amillərini nəzərə alaraq NATO ilə münasibətlərimizdə daha çox genişləndirmək və inteqrasiya etmək siyasətini həyata keçiririk. Amma indiki reallıqda üzvülük məsələsi yoxdur".

sia.az

Digər xəbərlər