PDF Oxu

Siyasət

  • 17

İmamverdi İsmayılov: Ölkəmizdə qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısı var

İmamverdi İsmayılov: Ölkəmizdə qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısı var

"2013-cü ildə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atılıb, bu məsələ hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti xeyli yaxşılaşıb". Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, köçkünlər üçün qəsəbələrin salınması, ali məktəblərə ödənişli əsaslarla qəbul olunan qaçqın və məcburi köçkün tələbələrin ödənişdən azad olunması olduqca mühüm addımlardır. Onun sözlərinə görə, hər bir qaçqın və məcburi köçkün ailəsi bu qayğı üçün dövlət başçısına minnətdarlıq edir. "Doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşən insanlar Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasi kursu dəstəkləyir. İnanırıq ki, Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində həyata keçirilən siyasi kurs öz bəhrəsini verəcək. Artıq bütün dünya Ermənistanın əsl simasını tanıyır və işğalçı ölkənin terror siyasəti yürütdüyü ifşa olunur"- deyə, İ.İsmayılov vurğulayıb.

yap.org.az

Digər xəbərlər