Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Azər Kərimli Avronest Parlament Assambleyasının iqtisadi komitəsinin Belçikanın Brüssel şəhərində keçirilən iclasında iştirak edirlər.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda komitənin "Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələri arasında infrastruktur sahəsində əməkdaşlıq: avtomobil yolları, dəmir yolları və hava nəqliyyatı ilə bağlı birgə layihələr" mövzusunda hazırlayacağı məruzə ilə bağlı ilkin müzakirələr aparılır.
Azərbaycan deputatları müzakirələrdə həmin layihələrlə bağlı rəy və təkliflərini bildirəcəklər.
AzərTAc