Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 27-də Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək biznes forumda Macarıstanın tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, tibbi texnologiyalar, əczaçılıq, turizm, qablaşdırma, maliyyə, alternativ enerji, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən 24 şirkətinin iştirakı gözlənilir.
yap.org.az