Almaniyanın Konrad Adenauer Fondunun 19-23 yanvar tarixlərində gənc siyasətçilər üçün təşkil etdiyi "Qış məktəbi"ndə Yeni Azəbaycan Partiyası Gənclər Birliyinin fəallarının təqdim etdikləri layihə qalib olub.
Belə ki, Gürcüstanın və Ermənistanın siyasi partiyalarından olan nümayəndələrin də iştirak etdiyi tədbirdə YAP Gənclər Birliyinin təqdim etdiyi "Bakı ətrafı yaşayış məntəqələrində kiçik və orta sahibkar qadınların sahibkarlık bacarıqlarının inkişaf etdirilməsi" layihəsi ekspert qrupu tərəfindən ən yüksək balla qiymətləndirilmiş və birinci yerə layiq görülmüşdür.
yap.org.az