"Bir sıra beynəlxalq qurumların, o cümlədən, "Human Rights Watch" təşkilatının Azərbaycana qarşı qərəzli mövqedə olması bütün cəmiyyətimizə məlumdur". Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.
Y.Abramov bildirib ki, ölkəmizin bu təşkilatın hansısa "tövsiyələrinə" ehtiyacı yoxdur. Onun sözlərinə görə, "Human Rights Watch" Azərbaycan haqqında obyektiv mövqedən çıxış etmir. "Azərbaycanın yolu demokratiya yoludur, biz hüquqi-demokratik dövlət qururuq. Ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində də daim müvafiq tədbirlər görülür. İnsan hüquqlarının təminatı dövlətimizin siyasətinin əsasını təşkil edir. Dövlətimiz bu siyasəti kiminsə xoşuna gəlmək üçün etmir, Azərbaycanın tutduğu yoldur. Ona görə də, müəyyən qüvvələrin əlində alətə çevrilən təşkilatların ölkəmiz haqqında qərəzli mövqeyinin heç bir əsası yoxdur"- deyə, komitə sədrinin müavini vurğulayıb.
yap.org.az