PDF Oxu

Siyasət

  • 41

Vahid Əhmədov: Davos İqtisadi Forumunun bütün dünya üçün əhəmiyyəti böyükdür

Vahid Əhmədov: Davos İqtisadi Forumunun bütün dünya üçün əhəmiyyəti böyükdür

"Davos İqtisadi Forumunda dünyada gedən iqtisadi proseslərin müzakirəsi aparılır. Müəyyən məsələlər iqtisadi, o cümlədən sosial məsələlər müzakirə olunur. Azərbaycan da hazırda dünyada iqtisadi, sosial cəhətdən inkişaf etmiş, sözü keçən bir dövlətdir". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, bu forum dövlət və hökumət rəhbərlərinin görüşdüyü, eyni zamanda ikitərəfli görüşlərin keçirdiyi məkandır. Onun sözlərinə görə, forumun bütün dünya üçün əhəmiyyəti böyükdür.

"Xüsusilə, bizim dövlətimiz üçün o cümlədən, region üçün olduqca önəmlidir. Bu forumda hər bir dövlət özünün hansı sahədə inkişafını görmək istəyirsə, həmin sahələrə müəyyən əlavə təkliflər verir və digər dövlətlərlə əməkdaşlıq edir. Davos İqtisadi Forumu dünya dövlətləri, o cımlədən Azərbaycan üçün əhəmiyyətlidir"- deyə, komitə üzvü vurğulayıb.

yap.org.az

Digər xəbərlər