"İqbal Ağazadə öz partiyasının işləri ilə məşğul olsun. O, Müsavat partiyasının gördüyü işləri və atdığı addımları şərh etmə səviyyəsində deyil." Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Ümid Partiyasının sədri İqbal Ağazadənin "Müsavat partiyası yalnız öz maraqlarına xidmət edir" fikrinə münasibət bildirərkən söyləyib.Divan üzvünün sözlərinə görə, Ümid Partiyasının sədri öz işləri ilə məşğul olmalıdır, nəinki Müsavat Partiyasının işlərini təhlil etməklə: "Buna görə də öz işlərinə münasibət bildirməsi daha yaxşı olar".Tural Abbaslı həmçinin qeyd edib ki, müxalifət daxilində Müsavat Partiyasının verdiyi qərarlara münasibət bildirənlər və bunu təhqir və ya tənqid edənlər əvvəlcə özlərinin gördüyü işləri nəzərdən keçirsinlər: "Bizi tənqid edənlər ilk öncə özlərini süzgəcdən keçirməli və gördükləri işlərin təhlilini aparmalıdırlar".
sia.az