PDF Oxu

Siyasət

  • 19

Aydın Mirzəzadə: “Hesabatın qərəzliliyi açıq-aşkar hiss edilir”

Aydın Mirzəzadə: “Hesabatın qərəzliliyi açıq-aşkar hiss edilir”

"Azərbaycan nöbəti dəfə xarici QHT-nin böhtanına və saxtakarlığı ilə rastlaşır. Bu birinci dəfə deyildir, müstəqilliyimizin bütün illərində təşkilat ölkəmizə, müstəqilliyimizə qarşı qərəzli mövqe tutur. Bunun siyasi sifariş olduğuna, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması üçün növbəti cəhd olduğu açıq-aşkar hiss edilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə "Human Rights Watch" təşkilatının Azərbaycana qarşı növbəti qərəzli hesabatına münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, onların verdiyi hesabatda Azərbaycan hakimiyyətinin onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atdığı, tənqidi əhval-ruhiyyəli jurnalistləri tutulduğu, bir neçə dinc ictimai nümayişlər dağıdıldığı iddia edilir: "Bəs təşkilatın müdafiə etdiyi "siyasi fəallara" qarşı ittihamların məhkəmə prosesində öz təsdiqini tapdığı, onların Azərbaycan qanunlarına qarşı bilərəkdən hörmətsizliyi faktının mövcudluğuna isə "Human Rights Watch" niyə göz yumur və hesabatında yada salmır? Tənqidi əhval-ruhiyyəli jurnalistlərin açıq şəkildə hökuməti tənqid etdiyi və hətta dövlət hesabına tikilən binadan mənzil alması isə xarici QHT-ni qətiyyən maraqlandırmır.

Təşkilat hesabatında 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərini də yada salır və seçkilərə dair öz şübhələrini bildirir. Beş minə qədər seçki məntəqəsini əhatə edəcək nümayəndələrə malik olmadan seçkini tənqid etməsi xarici təçkilatın siyasi sifariş yerinə yetirdiyi açıq-aydın göstərir".Millət vəkili onu da vurğulayıb ki, heç bir əsas olmadan səslərin sayılmasına dair saxta bir rəqəm səsləndirən "Human Rights Watch" bununla da özü seçkini saxtalaşdırmaq prosesinə dəstək vermiş olur.

sia.az

Digər xəbərlər