PDF Oxu

Siyasət

  • 29

“Azadlıq”: “Rauf Arifoğlu Milli Şura daxilində növbəti dağıdıcılıq planını həyata keçirir”

“Azadlıq”: “Rauf Arifoğlu Milli Şura daxilində növbəti dağıdıcılıq planını həyata keçirir”

"Azadlıq" qəzeti "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu növbəti dəfə müxalifətdaxili intriqa yaratmaqda ittiham edib. SİA adıçəkilən qəzetə istinadən xəbər verir ki, baş redaktor "Yurd həqiqətləri" kitabından Əli Kərimliyə qarşı istifadə etməklə, bu dəfə AXCP ilə KXCP-nin arasını vurmağa cəhd edir: "Yeni Müsavat" qəzeti hazırda arqumentlərdən, məntiqli cavablardan məhrum olub. Ona görə də keçmişə ekskurs edib, indiki ittihamları arxa plana keçirməyə start veriblər. Bu dəfə də 2003-cü ildə nəşr olunmuş, KXCP üzvü Bəybala Əbilin "Xalq cəbhəsinin Yurd həqiqətləri" kitabını tapıblar. Guya bu "fakt"larla Əli Kərimlini, cəbhəni ifşa edirlər".

"Hazırda KXCP ilə AXCP arasında hansısa düşmənçilik, qarşılıqlı savaş yoxdur və bu partiyalar Milli Şurada təmsil olunurlar" - deyə yazan qəzet Rauf Arifoğluya xitabən sual edib: "Belə olan halda Rauf Arifoğlunun məqsədi nədir ki, iki partiya arasında illər öncə baş vermiş narazılıqları yenidən gündəmə gətirib? Bu "fakt"larla Milli Şura daxilində növbəti dağıdıcılıq planını həyata keçirmək onun növbəti missiyasıdırmı? Reallıq da onu göstərir ki, Rauf Arifoğlunun istəyi bu kitab vasitəsilə tərəflərin bir-birinə tənqidlər yağdırmasına nail olmaqdır. Ancaq bu plan da baş tutmayacaq və əvvəlki "missiya"lar kimi yarımçıq qalacaq".

Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin baş redkatoruna qarşı "Azadlıq" qəzetində KXCP sədrinin müavini Oqtay Gülalıyevin, keçmiş KXCP-çi, politoloq Fikrət Cəfərlinin fikirləri də yer alıb və tərəflər Rauf Arifoğlunu dağıdıcılıqda ittiham ediblər.

sia.az

Digər xəbərlər